Kulturoloq:"Düşmən üzərində qələbəmizdə də xalq bu mütəşəkkilliyi göstərəcək"
14:02 06.07.2018
Arxiv
726
"Ölkə başçısının Mingəçevir İES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında vətəndaşların rolunu qiymətləndirməsi, həmrəylik nümayiş etdirən şəxslərə təşəkkür etməsi yüksək qiymətləndirilir”.
Bunu "Sherg.az”a kulturoloq Aydınxan Əbilov söyləyib.
O qeyd edib ki, ölkə başçısının problemə yaxından diqqət göstərməsi, detalları ilə maraqlanması insanların rahatlığının təmin olunmasına böyük önəm verdiyini göstərir:
"Prezident İlham Əliyevin fikri ilə razıyam ki, vətəndaşlar həmrəylik göstərdi. Bu birlik Azərbaycan xalqında var və müxtəlif hadisələrə reaksiya zamanı nümayiş olunur. Sadəcə xalqın mütəşəkkilliyi bir qədər ağır günlərdə, problemli məsələlərdə özünü göstərir. İnanıram ki, düşmən üzərində qələbəmizdə də bu mütəşəkkilliyi görəcəyik.
Daha öncə də qeyd etdiyim kimi, ictimai beyin mərkəzlərinin nəzdində antiböhran halları ilə məşğul olan təşkilatlar yaradılmalıdır. Bu təşkilatlar da böhranın idarə edilməsinə dəstək göstərməlidir. Əslində belə gözlənilməz hadisə zamanı insanların panikaya düşməməsi, əksəriyyətin dövlətin, xalqın yanında olması, qurumların yüksək fəaliyyəti nümunə idi.
XXI əsrdə analitiklərin də qeyd etdiyi kimi, texnoqəzaların baş verdiyi dövrdə yaşayırıq. Sistemli şəkildə cəmiyyətin və müxtəlif qrupların birliyinə böyük ehtiyac olacaq”.
Qeyd edək ki, iyulun 3- ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Bundan sonra ölkə ərazisində elektrik enerjisinin təmin olunmasında problemlər yaranıb.
İyulun 4-də müxtəlif qurumlar üzrə səlahiyyətli şəxslərin iştirakı ilə müşavirə keçirən Prezident İlham Əliyev toplantıda çıxışı zamanı Azərbaycan vətəndaşlarının bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdiklərini qeyd etdi. Prezident vurğuladı ki, bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi:
"Bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat