"Kürdüstan istiqamətində hərbi qoşun yeridilə bilər" - “Barıt çəlləyi”
14:27 18.09.2017
Arxiv
992
Elman Nəsirov: "Referendum keçirilərsə, regional təhlükəsizliyə ciddi təsir edə bilər. Kürdüstan rəhbərliyinin nəticə çıxaracağına ümid edirik. Əks halda hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edə bilər”
"Kürdüstan Muxtar Vilayətinin rəhbərliyi Məsud Bərzani hökuməti sentyabrın 25-də referendumun keçirilməsi ilə bağlı qərar verib”.
Bu barədə "Sherg.az”a referendumla əlaqədar Türkiyə ordusunun İraqla sərhəddə manevrlər etməyə başlamasına münasibət bildirərkən millət vəkili Elman Nəsirov deyib. O diqqətə çatdırıb ki, ABŞ və onun müttəfiqləri, eləcə də Türkiyə birmənalı şəkildə referendum keçirilməsinin əleyhinədir:
"Bu yaxınlarda toplantı keçirildi və həmin dövlətlərin referendumu tanımayacağı təsbit edildi. Son
qərara əsasən isə referendumun keçirilməsi qərarı qüvvəsini saxladı. Bu məsələdə rəsmi Bağdadın birmənalı mövqeyi var və qətiyyətli, kəskin fikrini ifadə edir. Bu ölkə referendumun tam əleyhinədir və bildirib ki, lazım olduğu təqdirdə Kürdüstan istiqamətində hərbi qoşun yeridə bilər.
Türkiyə isə bu proseslə bağlı hərbi hava manevrlərini həyata keçirib. Bütün bunlar əslində diplomatik və hərbi müstəvidə Bərzani hökumətinə təsir göstərir.
Referendumun keçirilməsi İraqın parçalanmasına gətirib çıxara bilər. Nəzərə alsaq ki, kürdlər kompakt halında yalnız İraq deyil, dörd dövlətin ərazisində yaşayırlar. Bura İraqla yanaşı Türkiyə, Suriya və İran da daxildir. Belə referendum keçirilərsə, digər 3 dövlətdə də analoji proseslər baş verə bilər. Nəticədə Yaxın və Orta Şərqdə vəziyyət mürəkkəbləşə bilər.
Yaxın Şərq həmişə "barıt çəlləyi” funksiyasını yerinə yetirib. Referendum keçirilərsə, regional təhlükəsizliyə ciddi təsir edə bilər. Bu məsələdən Kürdüstan rəhbərliyinin nəticə çıxaracağına ümid edirik. Əks halda hadisələr ən mürəkkəb ssenari ilə inkişaf edə bilər”.
Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırımın sözlərinə görə, sözügedən referendum Türkiyənin milli təhlükəsizliyi üçün böyük təhdiddir və bu istiqamətdə baş tutacaq səsvermə ilə bağlı lazımi ölçülər götürülməlidir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat