“Kütləvi işsizlik yaranmayacaq”
21:04 02.02.2016
Arxiv
822
“Əgər islahatlar nəticəsində bu problemlər aradan qaldırılsa, yaxın bir-iki il ərzində əvvəlkindən daha çox iş yerləri olacaq”
Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycana da mənfi təsir göstərdi. İş yerləri bağlanır, işçilər ixtisar olunur. Ticarət obyektlərinin qarşısında isə "Bağlanır”, "İcarəyə verilir” və "Satılır” kimi elanların sayı artır. Bəs, kütləvi işsizliyin yarandığı günlərdə dövlət bu sahədə hansı işləri görür? Yaxud da görülən tədbilərin ölkədə işsizlər ordusunun yaranmasını əngəlləyə biləcəkmi?
Əmək hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, idxal-ixrac əməliyyatları üzərində monopoliyanın götürülməsi, daxili bazarda haqsız rəqabətin aradan qaldırılması kimi tədbirlər effektiv olsa, yeni iş yerləri yaranacaq. Hansı ki, bugünə qədər kiçik və orta sahibkarlığın zəif inkişafı səbəbindən əhali əziyyət çəkirdi: "Xüsusən də, rayonlarla icra başçıları orta və kiçik sahibkarlığın fəaliyyətini məhdudlaşdırmışdı. İdxal-ixrac əməliyyatları da monopoliyada olduğu üçün sahibkarlar addım ata bilmirdilər. Əgər həyata keçirilən islahatlar nəticəsində bu problemlər aradan qaldırılsa, yaxın bir-iki il ərzində əvvəlkindən daha çox iş yerləri olacaq. Bilirsiniz ki, Prezidentin biznesin sosial məsuliyyətə çağırışından sonra ixtisarların sayı azalıb. Hətta bəzi şirkətlər yeni işçi dəvət etməyə başlayıblar. Həmçinin, dövlət işsizlik müavinətlərinin artırılması və işsizliyə görə sığortanın tətbiqinə çalışır. Hesab edirəm ki, düzgün mexanizm seçilsə, bütün bu tədbirlər kütləvi işsizlik böhranının minimal tələbatını ödəməyə yönəlib. Nə dərəcədə effektiv olacağını isə ancaq gələcək göstərəcək”.
Liqa sədrinin sözlərinə görə, bəzi dövlət qurumlarının ləğvi və birləşdirilməsi kimi addımlar heç də işsizlər ordusunun yaranması ilə nəticələnməyəcək: "Dövlət idarələrinin işçi heyəti o qədər də çox olmur. Onların operativ xərcləri daha çox olduğu üçün bu sahədə ixtisarlar aparılmalıdır. Həm də ki, hansısa iki qurum birləşdiriləndə bütün işçilər sərbəstləşdirilmir. Kimlərsə bundan istifadə edib əvvəlki işçiləri vəzifədən kənarlaşdırsa da, əvəzində yenilərini götürür. Bu baxımdan, dövlət qurumlarının ixtisarı zamanı total işsizlik yaşanmayacaq. Mənə elə gəlir ki, idarənin təkmilləşdirilməsi zamanı əsas məqsəd işçilərin sayını azaltmaq deyil. Burada prioritet olan biri-birini təkrarlayan, səmərəsiz qurumlar və izafi xərclərin tənzimlənməsidir”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat