"Demək olar ki, sənaye məhsullarının bütün seqmentində bu problemlər var. Bizdə biznes adamları üçün çox yaxşı şərait yaradılıb. Amma təəssüflər olsun ki, bəziləri bundan sui-istifadə edir"
“Lady Sharm” tək deyil
08:33 06.02.2019
Arxiv
715
Bir çox mağazalar brend adı altında saxtakarlıq edir
"Demək olar ki, sənaye məhsullarının bütün seqmentində bu problemlər var. Bizdə biznes adamları üçün çox yaxşı şərait yaradılıb. Amma təəssüflər olsun ki, bəziləri bundan sui-istifadə edir"
"Demək olar ki, sənaye məhsullarının bütün seqmentində bu problemlər var. Bizdə biznes adamları üçün çox yaxşı şərait yaradılıb. Amma təəssüflər olsun ki, bəziləri bundan sui-istifadə edir"
Bakının məşhur brend mağazası kimi tanınan "Lady Sharm”da hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən əməliyyat keçirilib. Çində istehsal olunan aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel”, "Fendi”, "Dolce& Gabanna”, "Valentino” və digər dünyaca məşhur brendlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz-dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.
"Lady Sharm” mağazalar şəbəkələri ilə bağlı hər ay rəhbərlik etdiyi quruma çoxsaylı şikayətlər daxil olduğunu vurğulayan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Lady Sharm” mağazalar şəbəkəsini bugünədək ifşa edə bilməməsində özünü günahkar hiss edib: "Gərək bu günə kimi "Lady Sharm” mağazalar şəbəkəsinin qanunsuz əməllərini ifşa edərdim. Onlarla bağlı bizə daxil olan şikayətləri danışıq yolu ilə həll edə bilməmişik və əksinə, bizə kobudluq edirdilər. Təəssüflər olsun ki, bu barədə dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat versək də, nədənsə, onlar heç bir iş görmür, onları cəzalandırmırdılar. Daxili İşlər Nazirliyinə təşəkkürümü bildirirəm ki, uzun illərdən sonra bu biabırçılığın üstünü açdı”.
AİB sədrinin dediyinə görə, Azərbaycanda, xüsusən Bakıda "Lady Sharm” mağazalar şəbəkəsindən başqa, digər məşhur brendlər adı altında da saxta məhsullar satan mağazalar var:
"Sahil" metrosunun yaxınlığında "Birə-bir” geyim mağazası var. Bir il bundan əvvəl ora ilə bağlı şikayət daxil olub. Ən məşhur brendlər adı altında saxta məhsullar satırlar. Ayaqqabı biznesində çox ciddi problemlər var. Demək olar ki, sənaye məhsullarının bütün seqmentində bu problemlər var. Bizdə biznes adamları üçün çox yaxşı şərait yaradılıb. Amma təəssüflər olsun ki, bəziləri bundan sui-istifadə edir. Mən dəfələrlə demişəm, MDB (Rusiya, Ukrayna və digər) ölkələrində reketlər gəlib biznesmenlərin əlindən pullarını, qazanclarını alırlar. Azərbaycanda isə bu yoxdur. Lakin biznes qurumları bunu qiymətləndirə bilmirlər”.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi "Lady Sharm” mağazalar şəbəkəsinin vəzifəli şəxslərinin cinayət işinə cəlb olunması barədə açıqlama yayıb. Daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya