"Lapşinin cəzalandırılması digərlərinə dərs oldu" - Deputat

Rauf Əliyev: "Əsas məsələ odur ki, Lapşin səhvini anlayıb və çıxışında da bunu dilə gətirdi. O,bundan sonra səhvini təkrarlamayacaq"




"Lapşin səhv addım atdı və cəzasını da aldı”.

Bu sözləri "Sherg.az”a Aleksandr Lapşinin əfv edilməsinə münasibət bildirərkən millət vəkili Rauf Əliyev deyib. 

O bildirib ki, Qarabağa qanunsuz səfər edən Lapşinin cəzalandırılması hər kəsə dərs oldu: "

"Lapşinin simasında gördük ki, qanuna zidd hərəkətlər edəndə qanun çərçivəsində kimliyindən asılı olmayaraq hər kəs cəzalandırılır. Lapşinin azad edilməsi üçün həm Rusiyada, həm İsraildən çox müraciətlər edildi. Əsas məsələ odur ki, Lapşin səhvini anlayıb və çıxışında da bunu dilə gətirdi. Belə halda bu, normal prosesdir. Cənab prezident insanlıq faktorundan çıxış edərək çox gözəl sərəncama imza atıb. Bundan sonra Lapşin səhvini təkrarlamayacaq və onun cəzalandırılması digərlərinə dərs oldu.

A.Lapşin ona qarşı münasibətin mənfi olmadığı haqqında ölkəsinə qayıtdıqda məlumat verəcək. Hər kəs Lapşinin səhv etdiyini, qanuna zidd addım atdığını anlayır. Buna görə, onun səhvini anlaması və bundan sonra bağışlanılması başqaları üçün dərs olmalıdır. Bu baxımdan ölkə başçısının sərəncamını dəstəkləyirəm”.

Aysel Aslan