Lavrov sadəcə Ermənistanı xilas edir

“Təmas xəttində baş verənlər göstərir ki, Dağlıq Qarabağ münaqişəsi diplomatik yolla həll olunmalıdır"



 "Təmas xəttində zorakılıq hallarının artması bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkün deyil və olmamalıdır".
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O, təmas xəttində baş verən hadisələr zamanı ölən və yaralananların ailələrinə başsağlığı verib: "Təmas xəttində baş verənlər göstərir ki, münaqişə diplomatik yolla həll olunmalıdır. Hazırkı mərhələdə 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmaya ciddi əməl etməyi prioritet hesab edirik. Həmin sənədlər müddətsizdir və hər kəs tərəfindən hörmətlə yanaşılmalıdır.
Rusiya Minsk qrupu həmsədrləri üçlüyünə daxil olan ölkə kimi əlindən gələn hər şeyi edəcək. Biz indiki mərhələdə hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən 2011-ci ildə Rusiya prezidentinin təşəbbüsü ilə dəstəklənmiş qarşılıqlı etimad, təhlükəsizliyin təmin olunması, insidentlərin araşdırılması tədbirləri vacibdir".