Leysan yağışları Oğuz rayonunda bir sıra fəsadlar yaradıb - VİDEO
12:18 06.08.2018
Arxiv
866
Axşam saatlarından başlayaraq yağan güclü leysan yağışları Oğuz rayonuda bir sıra fəsadlar yaradıb.
"Report"un Şimal-Qərb bürosunun məlumatına görə, rayon ərazisindən axan Daşağıl, Əlican, Türyançay çaylarında suyun səviyyəsi bir neçə dəfə artıb.
Leysan yağışları Oğuz rayonunun ucqar Muxas kəndində bir sıra fəsadlar yaradıb. Daşağıl çayda su səviyyəsinin bir neçə dəfə artması, lil və ağac qrıntılarının çoxalması nəticəsində sel-suları kəndə düşüb. Eyni zamanda dağlara yağan leysan yağışları da digər bir istiqamətdən kəndə yönəlib. Nəticədə fərdi təsərrüfatlara, həyətlərə, evlərin zirzəmilərinə, anbarlara və yaşayış sahələrinə su dolub, divarlar dağılıb.
Sel fəsadlarının artdığını görən yerli icra və bələdiyyə sturukturları dərhal müvafiq qurumları məlumatlandırıb. Yerli sakinlərin köməyi ilə gecə saatlarında ahıl və qocalar, eləcə də azyaşlılar daha təhlükəsiz ərazilərə yerləşdirilib. Rayon Fövqəladə Hallar Komissiyasının ilkin araşdırmalarına görə, 300 ailənin yaşadığı kənddə 100-dən artıq fərdi yaşayış evinə ziyan dəyib.
Hazırda Muxas kəndində təsərrüfatlara dəyən zərərin miqdarı araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pensiyalar bu tarixdə ödəniləcək
00:59 03.11.2026
Cəmiyyət
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm