Londonda 27 mərtəbəli bina külə döndü: xeyli ölü var
07:50 14.06.2017
Arxiv
404
Londonda çoxmərtəbəli binada yerli vaxtla saat 01:15-də (Bakı vaxtilə 04.15) başlayan yanğın davam edir.
APA-nın xəbərinə görə, yanğınsöndürənlər külə dönən binada xeyli insanın öldüyünü bildiriblər. Şəhərin Təcili Tibbi yardım Xidməti indiyədək 50 nəfərin xəstəxanalara çatdırıldığını açıqlasa da, ölənlərin sayı ilə bağlı heç bir məlumat verilməyib.
***
10:39
İngiltərə paytaxtında 27 mərtəbəli binada baş verən yanğını söndürmək mümkün olmayıb.
APA-nın xəbərinə görə, yerli mətbuat binanın hər an çökə biləcəyi barədə məlumatlar yayır. 150 mənzilli binanın sakinlərindən içəridə qalanların olduğu, onlardan bəzilərinin özlərini binadan atdıqları bildirilir. Məlumata görə, artıq 1 nəfər ölüb, 30 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
***
10:01
Londonda 27 mərtəbəli binada yanğın baş verib.
APA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib.
Yerli vaxtla saat 01:15-də başlayan yanğının səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib.
Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil
ABŞ-İran danışıqların növbəti raundunun keçiriləcəyi yer bəlli oldu
19:20 14.04.2026
Dünya
Tramp: Roma Papası başa düşmür ki, İranda 42 min etirazçı öldürülüb
19:19 14.04.2026
Dünya
Tramp növbəti dəfə NATO-nu ittiham edib
18:57 14.04.2026
Dünya