Lukaşenkonun səfirimizlə müzakirəsi İrəvanı özündən çıxarıb
08:39 15.11.2018
Arxiv
604
Müsbət məqam odur ki, Azərbaycan KTMK-nin üzvü olmasa da, bu təşkilatda ölkəmizə qarşı hər hansı planın hazırlanması mümkün deyil
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovla görüşündə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astanadakı sammitini müzakirə edib. Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan isə Belarus prezidenti və Azərbaycan səfiri arasında görüşdə KTMT-nin müzakirə edilməsinin doğru olmadığını bildirib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva ermənilərə cavab verib. Qurum təmsilçisi bildirib ki, prezident Aleksandr Lukaşenkonun Azərbaycanın bu ölkədəki səfirini qəbul etməsi diplomatik protokolda istisna hallardan biridir. L.Abdullayevanın sözlərinə görə, bu görüş Azərbaycanla Belarus arasında münasibətlərin və qarşılıqlı hörmətin yüksək səviyyəli inkişafının təzahürüdür: "Ermənistan XİN-nin mətbuat katibinin açıqlaması diplomatik etika və protokol qaydalarına ziddir”.
Ermənistanın narahatlığını "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, erməni XİN nümayəndəsinin Belarus Prezidenti Lukaşenkonun Azərbaycan səfiri ilə görüşünə etiraz etməsi başadüşüləndir. Xüsusən, görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətlərinə dair məsələnin müzakirə edilməsi İrəvanı özündən çıxarıb:
"Müsbət məqam odur ki, Azərbaycan KTMK-nin üzvü olmasa da, bu təşkilatda ölkəmizə qarşı hər hansı planın hazırlanması mümkün deyil. Təşkilatın ən fəal və aparıcı üzv dövlətləri Belarus və Qazaxıstandır. Bu ölkələr də birmənalı şəkildə Azərbaycanın maraqlarını müdafiə edirlər. Əminliklə deyə bilərik ki, Belarus Prezidenti bütün səviyyələrdə ölkəmizin maraqlarına toxunacaq qərarlarda iştirak etməyəcək. Biz dar günlərində hər zaman Belarusun yanında olmuşuq. Böyük krizis dönəmində eyni etnik kökdən olduqları halda Rusiya Belarusa hətta faizlə kredit verməkdən belə imtina etdi. Lakin Azərbaycan qardaş ölkə qismində çıxış edərək Belarusa faizsiz və uzunmüddətli borc verdi”.
Analitik vurğulayıb ki, mühüm məqamlardan biri də Azərbaycanın KTMT-yə üzv olub-olmayacağıdır: "Ermənistandan başqa digər bütün üzvlər bunu arzu edirlər.
Müəyyən məsələləri götür-qoy edərək, bu barədə düşünmək olardı. Lakin indiki reallıq tələb edir ki, hər hansı hərbi ittifaqa qoşulmayaq. Ermənistan tərəfi məqsədimizi bildiyi halda KTMT-yə qoşulmaq istədiyimiz təqdirdə "veto” qoyacağı ilə hədələmişdi. Əslində bu gediş ucuz siyasi manevr idi. Əgər belə bir niyyətimiz olarsa, Ermənistan özü təşkilatdan çıxa bilər. Əslində istədiyimiz də elə budur. Ermənistan qurumdan çıxsın, biz ora daxil olaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Kiyevə zərbə endirməmək barədə göstəriş verib
17:17 05.09.2026
Gündəm
Fransanın Ermənistandakı səfiri dəyişib
16:18 05.09.2026
Dünya
Fransanın Ermənistandakı səfiri dəyişib
15:46 05.09.2026
Siyasət
Əməkdar incəsənət xadimi Amin Novruzov vəfat edib
15:46 05.09.2026
Mədəniyyət
Türkiyə Yunanıstana etiraz notası göndərib
15:15 05.09.2026
Dünya
70 ildir bığlarını uzadır: “Baxım sirrimi rəqiblərimə demərəm”
14:44 05.09.2026
Maraqlı
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
14:03 05.09.2026
Cənubi Qafqaz
ABŞ müsəlman ölkələrinə 6 milyardlıq silah göndərir
13:39 05.09.2026
Dünya
Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?
13:19 05.09.2026
Aktual
SEPAH: İsfahanda nüvə obyektlərinə hücum iddiaları doğru deyil
13:04 05.09.2026
Dünya
İsrail ordusu “Hizbullah”ın hərbi obyektlərinə zərbə endirib
12:35 05.09.2026
Dünya
ABŞ prezidentinin xüsusi nümayəndəsi Moskvaya gəlib
12:33 05.09.2026
Gündəm
Messi və Ronaldo yenidən üz-üzə gələ bilər
12:29 05.09.2026
Futbol
Üç hərbi gəmiyə mindi: Üçü də batdı, amma o sağ qaldı
12:21 05.09.2026
Maraqlı
Trampdan Yaxın Şərq üçün gizli plan: İran hədəfdə
11:47 05.09.2026
Dünya