Lukaşenkonun təklifində məntiq var
09:20 30.03.2017
Arxiv
519
Belarus Prezidenti Qarabağ danışıqlarında üçüncü tərəfin, yəni separatçı rejimin yer almasının doğru olmadığına diqqət çəkmək istəyir
"Ermənistan və Azərbaycan masa arxasına oturmalı və Dağlıq Qarabağ münaqişəsini vasitəçi olmadan həll etməlidir”. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryanla görüşündə deyib.
O bildirib ki, məsələnin həlli ilə münaqişə tərəfləri məşğul olmalıdır: "Bizim edə biləcəyimiz heç nə yoxdur. Mövqeyimiz bundan ibarətdir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan məsələni özləri həll etməlidir. Əgər onlar kimisə zamin kimi görmək istəyirlərsə, buna da özləri qərar verməlidir”. Belarus liderinin sözlərinə görə, insanların həlak olmasından və yoxsulluqdan əziyyət çəkməsindən siyasətdə vasitə kimi yararlanmaq olmaz.
Lukaşenkonun təklifi ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyev deyib ki, Belarus Prezidenti masa arxasında sadəcə münaqişə tərəflərinin olmasını nəzərdə tutur. Ekspertin fikrincə, Lukaşenko danışıqlarda üçüncü tərəfin, yəni separatçı rejimin yer almasının doğru olmadığına diqqət çəkmək istəyir:
"Son vaxtlar ermənilər çox cəhd göstərdilər ki, Dağlıq Qarabağdakı terrorçu rejimi tərəf kimi danışıqlar masasına əyləşdirsinlər. Bu aspektdən Belarus rəhbərinin məsələyə yanaşması müsbət dəyərləndirilməlidir. İki dövlət arasında mövcud olan konflikt heç bir halda üçüncü tərəfin iştirakı ilə həll edilə bilməz. Bu mümkün də deyil”. Ekspert bildirib ki, son zamanlar ATƏT-in Minsk Qrupunun verdiyi bəyanatlar deklorasiya xarakteri daşıyır: "Lukaşenko həmsədr dövlətlərin öz mənafelərinin ön planda olmasına da diqqət çəkib. Vurğulayıb ki, müxtəlif dövlətlərin məsələyə münasibəti də fərqli olur. Şübhəsiz ki, burada əsas və həlledici məsələ Azərbaycan və Ermənistandan asılıdır. Separatçıları və digər xarici dövlətləri münaqişəyə cəlb etmək olmaz. Çünki hər dövlət regional baxımdan öz maraqları çərçivəsində çıxış edir. Bu isə problemin həllini çətinləşdirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm
Ombudsmanın aylıq maaşı 12 minə qaldırılır
16:51 30.09.2026
Gündəm
Hərbçilərin maaşı artırılır
16:49 30.09.2026
Sosial
İşçinin əli aparatda qaldı, 3 barmağı amputasiya olundu
16:39 30.09.2026
Hadisə
Dövlət qulluqçuları ilə bağlı qanun ilk oxunuşdan keçdi
16:28 30.09.2026
Gündəm
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16:26 30.09.2026
Sosial
Erməni bacılar Bakıya gəldi - VİDEO
15:43 30.09.2026
Cəmiyyət
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya