Makron: "Paris və Vaşinqton razılığa gəlib" - Əməliyyat davam edəcək







Fransa və Amerika Suriyadakı hərbi öhdəlik faktları ilə bağlı razılığa gəliblər. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istindən xəbərinə görə, tərəflərin öhdəliyində qeyd olunur ki, Suriyada hərbi əmliyyatlar İŞİD-ə qarşı müharibə başa çatana qədər davam edəcək. 

Bu barədə Fransa prezidenti Emanüel Makron bildirib. O qeyd edib ki, Suriyadakı hərbi əməliyyatların yalnız bir məqsədi var: 

"İŞİD-ə qarşı müharibə !"

Bundan başqa E.Makron bəyan edib ki, ABŞ "Suriyada hərbi əmliyyatlar İŞİD-ə qarşı müharibə başa çatana qədər davam edəcək" iddasında haqlıdır: "Fransa da bu mövqedən çıxış edir". 

Qeyd edək ki, Suriyada yerləşdirilən ABŞ qüvvələrinin missiyası dəyişməyib və Prezident Donald Tramp onların "ən qısa müddətdə ABŞ-a qayıtmasını istəyir".

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyanat verib.

O qeyd edib ki, D.Tramp ABŞ qüvvələrinin mümkün qədər tez geri dönməsini istəyir.

S.Sanders bir neçə saat sonra qeyd edib ki, Fransa prezidenti Emmanüel Makron Donald Trampı Suriyada uzun müddət qalmağın vacib olmasına inandırıb.

Tərcümə etdi: Ayyət Əhməd