Makronun ölən 11 "sarı jilet"li ilə bağlı dedikləri yenə aranı qarışdırdı





Fransada noyabr ayından etibarən başlanan və dünyada sosial böhran kimi dəyərləndirilən "sarı jilet"lilər inqilabı nəticəsində polis zorakılığı səbəbi ilə 11 nəfər dünyasını dəyişib.

"Sherg.az" Fransanın "nouvelobs.com" saytına istinadən xəbər verir ki, bu ölkə prezidenti Emmanüel Makron da məlum vəziyyət barədə danışıb və bu hadisənin onu da üzdüyünü söyləyib. Bununla yanaşı E.Makron bu ölüm hallarında Fransa polisinin günahının olmadığını diqqətə çatdırıb.

"Böhran nəticəsində 11 nəfər Fransa vətəndaşının həyatla vidalaşması məni də ağrıdır. Onlar polisin deyil, öz axmaq düşüncələrinin qurbanı oldular".

Heç şübhəsiz ki, E.Makronun bu fikirləri "sarı jilet"lilərin və digər Fransa vətəndaşlarının ciddi narazılığı və qəzəbinə səbəb olub. Məhz ona görə də "sarı jilet"lilər müqaviməti davam etdirəcəklərini bəyan ediblər.   

Qeyd edək ki, Fransada noyabrın 17-dən etibarən onminlərlə insan prezident Makronun vergi və sosial siyasətinə etiraz edir. Əksər hallarda bu nümayişçilər polis zorakılığı ilə üzləşir və ağır xəsarət alırlar. Məhz ona görə də, onlarla "sarıjilet"li polis zorakılığı nəticəsində əmək qabiliyyətini itirib.

Tərcümə etdi: Ayyət Əhməd