Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması müsbət addımdır
20:11 04.02.2016
Arxiv
820
Qeyri-neft sektorunun inkişafı baxımından qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə böyük ehtiyac duyulur
Azərbaycanda 3 dövlət qurumu - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Bu barədə Prezident İlham Əliyevin Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına dair imzaladığı fərmanda bildirilir.
Fərmana görə, Palatanın Nizamnaməsi qüvvəyə mindiyi gündən yuxarıda göstərilən qurumların istifadəsində olan dövlət əmlakı Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməlidir.
Fərmanı dəyərləndirən tanınmış iqtisadçı Vüqar Bayramov "Şərq”ə söyləyib ki, maliyyə bazarı ilə bağlı vahid qurumun yaradılması struktur islahatlarının tərkib elementidir: "Bu qərar şəffaflığın artırılması məqsədi daşıyır. Başlıca məqsəd qiymətli kağızlar bazarının inkişafına nail olmaqdır. Qiymətli kağızlar bazarının inkişafı olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun inkişafı bu kağızlar bazarından kənarda mümkün deyil”.
Ekspertin sözlərinə görə, etiraf etmək lazımdır ki, son zamanlar qiymətli kağızlar bazarının inkişafında ciddi irəliləyişlər əldə edilməmişdi: "Bu da, qeyri-neft sektorunun inkişafına və bu sahəyə investisiya qoyuluşuna mane olan faktorlardan idi. Qeyri-neft sektorunun inkişafı baxımından qiymətli kağızlar bazarının inkişaf etdirilməsinə böyük ehtiyac duyulur. Güman olunur ki, məlum qərar qiymətli kağızlar bazarının inkişafına müsbət təsir göstərəcək”.
Ekspertin qənaətincə, qərarın əhəmiyyətli məqamlarından biri də odur ki, ödənişlərə nəzarət güclənəcək: "Mərkəzi bank yanındakı maliyyə monitorinq xidmətləri ləğv olunub palataya verildi. Birmənalı şəkildə ödənişlərə nəzarət güclənəcək. Ölkədən qeyri-leqal şəkildə valyuta axınının qarşısı alınacaq. Başqa bir müsbət tərəf də odur ki, addım qərarların qəbulunda daha çevik idarəetmə sisteminin formalaşmasına gətirib çıxaracaq. Ona görə də, palatanın yaradılması ideyası müsbətdir. Bunu dəstəkləyirik. Bununla yanaşı, gərək Palatanın güclü kadrları olsun ki, qeyri-neft sektoru və qiymətli kağızlar bazarının inkişafına töhfə verə bilsin”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat