Maliyyə naziri: "4 milyardlıq yardım paketindən söhbət gedə bilməz"
13:35 28.01.2016
Arxiv
628
"Biz xarici dövlətlərə özümüz borc veririk"
"Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından (DB) ümumilikdə 4 milyard dollarlıq təcili yardım paketi almasından söhbət gedə bilməz".
"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
"Nazirlik beynəlxalq maliyyə institutları ilə yardım məsələlərini müzakirə edir, bank sektoru ilə bağlı vacib qərarlar qəbul edilir. Biz xarici dövlətlərə özümüz borc veririk. Kimsə bunu başqa cür şərh edirsə, mən bunu onların etikalarına buraxıram. Azərbaycanın Beynəlxalq Valyuta Fondunda iştirakı ona görədir ki, istədiyimiz vaxt üzv kimi fonda müraciət edək. Bir daha qeyd edirəm ki, hər hansı yardım paketindən söhbət gedə bilməz", - deyə nazir qeyd edib.
Qeyd edək ki, "Financial Times" nəşri iddia edir ki, Azərbaycan BVF və DB ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu barədə nəşrə BVF-nin nümayəndəsi bildirib.
"Reuters" agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi