Manatın məzənnəsinə əlavə təzyiq yaranır





Daxili və xarici borclarla bağlı vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırıla bilər. 

Sherg.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. 

Baş bankir vurğulayıb ki, qarşıda dayanan önəmli problemlərdən biri borclar və investisiya probleminin bazardan kənarda həll olunmasıdır: 

"Bununla bağlı bizim təkliflərimiz var. Artıq məsələ baş nazirin yanında da müzakirə olunub. Keçid dövründə manevr etməklə həm daxili, həm də xarici borclara görə vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Belə olan şəraitdə manatın məzənnəsinə əlavə təzyiq yaranır və manatın ucuzlaşmasına səbəb olur. Manatın ucuzlaşmasının isə sosial-iqtisadi nəticələrini yaxşı bilirik".

Anar