Mard: "Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqlarından başqa yol olmadığına əminəm"




"Həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə gətirib çıxaracaq sülh danışıqlarında irəliləyişə nail olmaq cəhdlərini alqışlayırıq".
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard APA-ya açıqlamasında deyib.
Vasitəçilərin səylərini dəstəklədiklərini deyən M. Mard bildirib ki, may ayında Vyanada keçirilən danışıqların ardınca prezidentlərin yenidən görüşəcəklərinə ümid edir.
"Həmsədrlər və prezidentlərin fəal olması və danışıqlar masasına qayıtması yaxşı haldır. Münaqişənin həllində sülh danışıqlarından başqa yol olmadığına əminəm. Əlbəttə, Avropa İttifaqı da həmsədrlərin hərtərəfli sülh sazişi ilə bağlı səylərini dəstəkləməyə davam edəcək”, - deyə M. Mard bildirib.