Maşın bazarı “ölüb”
22:07 18.02.2016
Arxiv
1196
“Maddi çətinliklərin təsiri ilə əhalinin nisbətən ucuz avtomobillərə, ikinci əl modellərə yenidən ehtiyacı yaranıb”
Manatın sonuncu devalvasiyası nəticəsində ölkə ərazisində bir çox məhsulların, gündəlik tələbat mallarının bahalaşması, əhalini çətin vəziyyətə salıb. Demək olar ki, bir çox sahələrdə özünü göstərən satış azalması problemi maşın bazarından da yan keçməyib.
Nəzərə alsaq ki, əhalinin gündəlik tələbatlara, vacib istehlak mallarına daha çox ehtiyacı var və pul xərclənəcək məhsullar siyahısında ilk yeri tutan da bunlar olacaq, o zaman maşın və digər məişət avadanlıqlarının, əlavə vasitələrin satışında əvvəlki illərlə müqayisədə azalma olması təəccüblü olmamalıdır. Ekspert Ramil Osmanlı da ölkənin avtomobil bazarındakı mövcud vəziyyəti şərh edərkən, mənfiyə doğru irəlilələmə olduğunu təsdiqləyib: "Son illərdə Azərbaycanda avtomobil parkının yenilənməsi müşahidə edilir. Əvvəllər əhalinin Almaniya istehsalı olan ikinci əl maşınlara daha çox marağı var idi, bu avtomobillər də daha çox satılırdı. Lakin artıq 2-3 il idi ki, yeni maşınlara da tələbat kifayət qədər olurdu. "Hyundai”, "KİA”, "Toyota” və "Nissan” kimi markalar böhrandan əvvəl daha çox satılırdı. İndi isə maddi çətinliklərin təsiri ilə əhalinin nisbətən ucuz avtomobillərə, ikinci əl modellərə yenidən ehtiyacı yaranıb. Hətta əvvəllər daha çox satılan "Mercedes” markalı avtomobillər yerini İran istehsalı olan "Saipa” modellərinə verib desək, yanılmarıq”. R.Osmanlının sözlərinə görə, 2014-cü ildə Azərbaycana idxal olunan ümumi avtomobillərin sayı təqribən 60 minə yaxın olub. Bu rəqəm 2013-cü illə müqayisədə 40 faiz aşağı idi. 2015-ci ilin 11 aylıq rəqəmlərində isə idxal edilən avtomobillərin sayı 34-35 min arasında dəyişir. Bu da əvvəlki illə müqayisədə 35 faiz azalma deməkdir. 2015-ci ilin statistikasını 2013-cü illə müqayisə etdikdə, idxalda 2,5-2,7 dəfə azalma olduğu aydın olur: "Bundan başqa, mətbuata istinadən deyə bilərəm ki, "Aston Martin”, "Rolls-Royse”, "Bentley”, "Bugatti Veyron”, "Masarotti”, "Lamborcghine” kimi bahalı avtomobil markalarının ölkəyə gətirilməsi əksərən həvəskar şəxslər tərəfindən baş verib. Bu kütləvi hal olmasa da, o avtomobillərin satıldığı avtosalon hazırda, böhran şəraitində də fəaliyyət göstərir”. 2016-cı ildə də avtomobil bazarında müsbət dəyişiklik olmayacağını deyən ekspert bu sahəyə ayrılan kreditlər hesabına yaranan aktivliyin üzümüzə gələn ildə müşahidə olunmayacağını hesab edir. "Əvvəllər Azərbaycan reallığında ölkədə olan hər 10 nəfərdən 7-si avtomobili kreditlə almağa üstünlük verirdi. Bu gün isə avtomobilə ayrılan kreditlərin həcmi məhdudlaşıb. Düşünmürəm ki, indiki ağır, iqtisadi şəraitdə Mərkəzi Bank, yaxud kommersiya bankları bu məsələ ilə bağlı hər hansı addım atmağa üstünlük versinlər. Makroiqtisadi göstəricilər və məhdudiyyətlər vəziyyəti normallaşdırmaq üçün əsas deyil”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual