Maşın bazarında sürətli bahalaşma...
09:32 08.01.2019
Arxiv
628
Kiçik mühərrikli avtomobillərin idxalındakı vergilərin yüksəldilməsi izah edilən deyil
Azərbaycana 2019-cu ilin aksiz vergisi ilə hələ avtomobil daxil olmasa da, 2018-ci ilin sonundan bazarda qiymətlər artmağa başlayıb. Hətta aylarla satışda qalan avtomobillər belə "alverçilər” tərəfindən dərhal alınıb. Hazırda maşın bazarında 10 faizə qədər bahalaşma baş verib.
Oxu.az-ın xəbərinə görə, ikinci əl maşın bazarında qiymət xaosu var və bu vəziyyətdən istifadə edən satıcılar arasında işlənmiş avtomobilin üzərinə 1000 manat və daha çox pul qoyanlar da var: "Ötən il 1998-ci ilin avtomobilini yeddi min manata satan indi səkkiz min manata qaldırıb. Halbuki 2019-cu ildən aksiz markasının 50 faiz qalxması daha çox iritutumlu mühərrikə malik avtomobillərin qiymətinə təsir edəcək, yəni kiçik həcmli avtomobillərin qiymətinə çox cüzi təsir etməlidir. Üstəlik, elə avtomobillərə daha çox təsir etməlidir ki, onlar məhz 2019-cu ildə idxal edilib”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov isə deyib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən aksiz vergi dərəcələri cari ayın 1-dən qüvvəyə minib:
"Amma mən də o fikirlə razıyam ki, dəyişikliklərin bu aydan qüvvəyə minməsinə baxmayaraq artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir. Mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərin idxalındakı vergilərin yüksəldilməsi izah edilən deyil: "Avtomobil idxal aksiz vergilərinin mütəmadi olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur.
Bu baxımdan, növbəti illər bu faktor ekoloji, tıxac baxımdan problemlər yarada bilər. Buna görə də, mühərrikin həcmi 2000 kubsantimetrədək olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərin artırılmasına ehtiyac yox idi. Eyni zamanda gücü 3000 kubsantimetrədək olan avtomobillərdə vergi artımının da cüzi olması məqsədəuyğun idi”.
Ekspertin fikrincə, cari ildən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm