Maşından külli miqdarda narkotik tapıldı

Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları əldə edilən məlumat əsasında əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini V.Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 6 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Onun idarə etdiyi “VAZ-21011” markalı avtomobildə isə 1 kiloqram 120 qram marixuana aşkar edilib.
Polis əməkdaşları narkotik vasitəni ona satmaqda şübhəli bilinən Yevlax rayon sakini V.İsazadəni də saxlayıb. Onun evindən heroin aşkar edilərək götürülüb.