Medvedev İlham Əliyevlə nədən danışdı?

"Mən bir zamanlar bunun üçün böyük səy sərf etmişdim"



İrəvanda  təmaslarını tamamlayan Rusiya baş naziri Dmitri  Medvedev, bu gün də Azərbaycanın paytaxtı Bakıda olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gələn Medvedev, görüşdən sonra açıqlama verib:
 Ümid edirəm, hazırda təmin edilən atəşkəs davamlı olar və tərəflər həll axtarışlarına masa başında davam edərlər. Mən bir zamanlar bunun üçün böyük səy sərf etmişdim. Ümid edirəm, bu səylər ziyan olmamışdır. Bundan əmin ola bilərsiniz ki, Rusiya bu mövzuda əlindən gələni edəcək.


İlham Əliyev:  RUSİYAya TƏŞƏKKÜR EDİRƏM

İlham Əliyev isə Qarabağdakı qarşıdurma bölgəsində gərginliyi dayandırmağa yardımçı olan Rusiyaya təşəkkür edib. O, böhranın beynəlxalq hüquq normaları ilə BMT Təhlükəsizlik Şurasının qərarları təməlində və sülh yolları ilə həll etməyə hazır olduqlarının vurğulayıb.

İ. Əliyev ayrıca, Qarabağdakı qarşıdurmanı sona çatdırmaq üçün mexanizmlərin mövcud olduğunu, ancaq bunlardan istifadə edilmədiyini ifadə edib: "İşğalçı erməni gücləri  Azərbaycan torpaqlarından çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ancaq bunlar yerinə yetirilmir" deyən Əliyev, həllin həm Azərbaycan, həm də Ermənistanın mənfəətinə uyğun olduğunu qeyd edib.