"Mehmanı “jurnalist” kimi qələmə vermək istəyənlər anti-Azərbaycan qüvvələrdir"





"Mehman Hüseynov müəyyən maraqlı dairələrin taprığını və sifarişini yerinə yetirən missioner olub”.

Bunu "Sherg.az”a açıqlamasında "Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Mehman Hüseynova lazım idi ki, onunla bağlı ajiotaj yaransın və yenidən gündəmə gəlsin:

"Azərbaycanı istəməyən anti-milli qüvvələr də belə bir missionerin ortaya atılmasında və öz siyasi manipulyasiyalarını etməkdə maraqlı olublar. Hesab edirəm ki, bu məsələyə qeyri-ciddi baxmaq lazımdır. Bunu ciddi arqument kimi müzakirə mövzusuna çevirməyə ehtiyac yoxdur.

Azərbaycanda insan haqları və hüquqları yüksək səviyyədə qorunur, ölkəmizdə söz və mətbuat azadlığı tam təmin edilir. Onu "jurnalist” kimi qələmə vermək istəyənlər anti-Azərbaycan qüvvələrdir və məqsədli şəkildə bunu edirlər. Baş verənlərə yalnız siyasi oyun kimi baxmaq lazımdır. Mehmanın etdiyi hərəkətlər daim Azərbaycanın əleyhinə yönəlib. O, hər zaman Azərbaycana qarşı fəaliyyət göstərən missioner olub. Ona görə də müdafiəsi əsassızdır və ölkəmizə qarşı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir”.

İsmayıl