“Mehriban xanımın gərgin əməyini qeyd etmək lazımdır”





Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilir. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edir.

Baş nazir həqiqətlərimizin dünyaya çatdırılmasından danışaraq deyib ki, bunda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gərgin əməyini qeyd etmək lazımdır: "Mehriban xanımın əməyi ilə Azərbaycan həqiqətləri dünyaya çatdırılır. Heydər Əliyev Fondunun yüksək humanizmə əsaslanan çoxşaxəli fəaliyyəti göz önündədir: 

" Fürsətdən istifadə edib hörmətli Mehriban xanım Əliyevanı Birinci vitse-prezident təyin olunması münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, yüksək dövlət vəzifəsinin icrasında müvəffəqiyyətlər arzu edirəm".