...Məktəblərə qüsurlu dərsliklər yol açır... - AÇIQLAMA
18:33 23.03.2017
Arxiv
1106
2009-cu ildən etibarən Azərbaycanda orta məktəb dərslikləri yeni təlim strategiyası olan kurikulum standartları ilə hazırlanır"
Bunu Sherg.az-a təhsil eksperti Kamran Əsədov deyib.
O qeyd edib ki, artıq bu standartlarla dərsliklərin yazılması10-cu sinifə gəlib çatıb:
"Dərsliklərin sifarişçisi Təhsil Nazirliyidir. Lakin dərsliklər Nazirliyin elan etdiyi tenderdə iştirak edən nəşriyyatlarda yaradılmış müəllif komandaları tərəfindən hazırlanıb tender komisiyyasına təqdim edilir. Bundan sonra dərliklərin qiymətləndirilməsi komissiyasının ekspertləri dərslikləri standartlar üzrə qiymətləndirir və rəylərini bildirirlər. Müxtəlif qurumlarda yaradılmış dərsliyi qiymətləndirən ekspertlərin ən yüksək bal verdiyi dərsliklər Təhsil Nazirliyi tərəfindən qalib elan edilib nəşr olunmaq üçün təsdiq edilir. Bundan sonra qalib dərslik həm də ictimai müzakirəyə buraxılır. Bu, son illər ərzində dərslik siyasətində atılmış vacib bir addımdır. Çünki, bir çox hallarda dərsliyi qiymətləndirən ekspertlərin standartlar və dərsliklərdəki mövzularla bağlı bilikləri, bacarıqları dərslik müəlliflərindən az olur və bu zaman ciddi nöqsanlar nəzərdən qaçır, qüsurlu dərsliklər məktəblərə yol açır.
Hesab edirəm ki, orta məktəblərə getməmişdən əvvəl, ictimaiyyətin bütün nümayəndələrinin bu dərsliyi görməsi işin keyfiyyərinə müsbət təsir göstərən haldır. Bilirsiniz, heç bir müəllif və ya ekspert bütün standartlar üzrə qısa müddətdə dəqiq qiymətləndirməni həyata keçirə bilməz. Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə geniş müzakirə olunmalıdır. Kiçik həcmli mütəxəsislər heçdə bu meyarların hamısının reallaşmasını müəyyən edə bilməz. Atalar sözümüz var ki, ağıl ağıldan üstündür. Dərslik siyasəti dövlətin idealoji, strateji məsələlərindən biridir. Hesab edirəm ki, problemli dərsliklərin məktəblərə yol açmasının, dərsliklərdə ziddiyyətli, qüsurlu informasiyaların yer almasının bu yolla qarşısını almaq mümkündür.
Lakin bir məsələni də unutmaq olmaz ki, bəzən tenderdə məğlub olmuş müəlliflər anonim və ya başqa ad altında qalib gəlmiş dərsliklər haqqında qərəzli, həqiqəti əks etdirməyən məlumatlar yayıb ictimaiyyətin diqqətini yayındırır. Hesab edirəm ki, hər kəs ağır yükün altına əlini qoyub bu faydalı işdə öz köməkliyini göstərəcəkdir. Dərsliklər hamımız üçün çox vacib bir məsələdir".
Şəymən AŞIRLI
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət