Məmmədyarov və Nalbandyan görüşdü

Rusiyanın paytaxtı Moskvada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə görüşüb.
 XİN rəhbəri Moskva şəhərində keçiriləcək MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ötən gün Rusiyaya gedib.
İclas çərcivəsində E.Məmmədyarov erməni həmkarı Edvard Nalbandyanla da qarşılaşıb.
Nazirlərin əl verərək görüşməsi Türkiyə mətbuatının manşetinə düşüb. Belə ki, "Hürriyet" qəzeti nazirlərin bu görüşünü son günlər baş verən gərginliyin həlli üçün ümidverici addım adlandırıb.