Məmur və xanımına 194 min manat "atan" HƏBS EDİLDİ




Bakıda məmura və onun həyat yoldaşına qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, Ayaz Məhərrəmov barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında qandallanıb. Ayaz Məhərrəmov 5 il müddətin azadlıqdan məhrum edilib.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb.

F.Babayeva və R. Babayev iş qurmaq adı ilə Azadi Paşayev və Ayaz Məhərrəmova 194 min manat veriblər. A Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ayaz Məhərrəmov iş üzrə məsuliyyətə cəlb olunub. Ayaz Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.


Lakin Ayaz Məhərrəmov məhkəmədə və istintaq dövründə pulun ona çatmadığını bildirib.


Onu da qeyd edək ki, Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.