Məmurlar NAZ almağa axışdı: “Sifariş o qədər çoxdur ki..”
21:06 27.01.2016
Arxiv
642
“Bu gecə səhərə qədər kataloq hazırlanması ilə məşğul olmuşuq”
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün maraqlı təkliflə çıxış edib. Məmurlara səslənən Prezident "Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”,-deyə bildirib.
Lent.az xəbər verir ki, Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev modern.az-a ölkə başçısının səsləndirdiyi fikirlərdən sonra həddindən artıq sifariş aldıqlarını deyib. Tələbin artmasından asılı olmayaraq , zavodun bunun öhdəsindən gəlmək iqtidarında olduğunu vurğulayıb:
"Zavod birnövbəli iş rejimində bir ilə 5 min ədəd avtomobil istehsal edir. Tələbat olarsa, ikinövbəli iş sistemində çalışmaqla 1 ilə 15-20 minə qədər avtomobil yığmaq olar. Ən başlıcası odur ki, tələb olsun. Bizim bu tələbi ödəməyə potensialımız və yetərincə kadrlarımız var. İxtisaslaşmış kadrlarımız Çin zavodunda istehsalat təcrübəsi keçiblər, ayrı-ayrı treninqlərdə iştirak ediblər. Yəni istehsal baxımından heç bir problemimiz yoxdur”.
Musa Abdullayev deyib ki, yanvarın 27-də Çinə məktub göndərərək, qiymət siyasətinə yenidən baxmalarını təklif ediblər:
"Bildimişik ki, dövlət bizim avtomobillərlə maraqlanır. Biz elə təklif verməliyik ki, tələbata uyğun olsun, arzusunda olan hər bir adam bizim avtomobilləri sürə bilsin”.
Qiymətlər 10 min-35 min dollar arasında dəyişir
M.Abdullayev deyib ki, təxmini hesablamalara görə avtomobillər, markasından, komplektləşdirilməsindən asılı olaraq 10 min - 35 min dollar arasında olacaq:
"Biz hələ ötən il fevral devalvasiyasından əvvəl bəzi nazirliklərə avtomobil satmışdıq ki, onların da qiyməti 7500 dollar təşkil edirdi. Ümumilikdə, qiymətlərin belə oynaması komplektləşdirmədən asılıdır. Məsələn, sifarişçinin biri deyir kondisioner istəyirəm, digəri bundan imtina edir. Həmçinin markalardan da asılı olaraq qiymələr fərqlidir”.
"Bizim təklif etdiyimiz komfort 150 min dollara deyil...”
NAZ-ın direktoru Prezident İlham Əliyevin çıxışından sonra çox sayda təklif aldıqlarını da vurğulayıb:
"Dövlət qurumları, nazirliklər, icra hakimiyyətləri, adi iş adamları dünəndən bu günə qədər müraciət ediblər. Bu gecə səhərə qədər reklam bukletlərinin, zavodun istehsal etdiyi avtomobillərin kataloqunun hazırlanması ilə məşğul olmuşuq. Badamdardakı satış mərkəzimizə də həddindən artıq müraciət edən, sifariş verənlər var.
Amma biz bu tələbatı ödəmək iqtidarındayıq. Biz Çinə sifariş vermişik, hər bir təbəqəyə uyğun olaraq maşınlar gələcək. Yüksək səviyyəli nazirliklər üçün elə avtomobillər gətirəcəyik ki, onun içərisi komfort baxımından bu gün həmin məmurların oturduqları maşınlardan fərqlənməyəcək. Fərq onda olacaq ki, avtomobillərin qiyməti 100-150 min dollar olmayacaq”.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) hazırda 8 modeldə minik avtomobili istehsal edir. Bunlar NAZ-Lifan 720, NAZ-Lifan 820 (Premium modellər), NAZ-Lifan 620, NAZ-Lifan 630 (sedan modellə), NAZ-Lifan X50 və X60 (SUV), NAZ-Lifan 320 və 330 (Mini) modelləridir.
NAZ-Lifan 720 (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, NAZ-Lifan 820 modelinin (sürət qutusu avtomaz) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi