“Mənim Bokaya bənzəməyə ehtiyacım yoxdur”
09:26 06.06.2018
Arxiv
1167
Eyyub Yaqubov: “Tənqidlər həm insanın əsəblərinə toxunur, həm də bir tərəfdən boş verirəm ki, bilməyənlər musiqidən danışır”
Xalq artisti Eyyub Yaqubov bu yay növbəti dəfə Yaşıl Teatrın səhnəsində solo-konsert proqramı ilə çıxış edəcək. İyunun 22-də və 23-də Yaşıl Teatrın qapılarını açan xalq artisti konsert öncəsi "Şərq”ə danışdı.
- Konsert öncəsi başınız yaman qarışıqdı. Ötən il də solo-konsert proqramı ilə Yaşıl Teatrda konsertiniz oldu. Bu, ənənəyə çevrilir deyəsən...
- Bəli, konsert hazırlıqları gedir. Gün ərzində 4-5 saat məşq edirik. Konsert vermək böyük məsuliyyətdi. Bir də, mən konsertimdə fonoqram oxumuram deyə, canlı ifa üçün mütləq musiqiçilərlə məşq etmək vacibdi.
- Builki konsertin digərindən fərqi nə olacaq?
- Təbii ki, konsertin repertuarında dəyişiklik var. Bu dəfə yeni mahnılarım var ki, ilk dəfə konsertdə səslənəcək. Mən şou göstərməyi sevmirəm. Yəni hərənin öz ifa tərzi, üslubu var. Mənim də ifa tərzim bəllidir. Mən oxuyuram. Bəlkə kiminsə səhnədə əlavə elementlərə ehtiyacı olur. Amma mən ehtiyac duymuram. Mənim tamaşaçılarım məni belə görməyə alışıblar, belə də qəbul edirlər. Dəyişə bilmərəm. Onda Eyyub Yaqubov yox, başqa birisi olaram. Mən də şəxsiyyətimi, xarakterimi dəyişən bir insan deyiləm.
- Yeri gəlmişkən, üslub deyirsiz, sizin üslubu tənqid edənlər də olur.
- Hərdən belə mənasız tənqidlər də olur. Erməni Bokanın üslubu kimi təqdim edirlər. Anlamırlar ki, ermənilər bu üslubu, sırf şanson Bakı üslublu tərzi bizdən oğurlayıblar. Erməninin özünə aid musiqisi var ki, biz də onlara bənzəyək? Onlar bizim üslubumuzu oğurlayıblar. Bəzi ağzıgöyçəklər də onları dəstəkləyirlər ki, düz deyirsiz, haqlısız, sizin musiqi tərzinizi oğlurlamışıq. Bokanın oxuduğu tərz Bakı tərzidir. Ona görə də belə tənqidlər həm insanın əsəblərinə toxunur, həm də bir tərəfdən boş verirəm ki, bilməyənlər musiqidən danışır. Mənim Bokaya bənzəməyə ehtiyacım yoxdu, ayıbdı. Tənqid edəndə də əsaslı tənqid edin ki, insana təsir etsin, sənətçi o tənqiddən nəticə çıxara bilsin.
- Ötən konsertinizdə əməkdar artist Tünzalə Ağayeva ilə duetiniz oldu. Bu dəfə necə, səhnədə duet ortağınız olacaq?
- Bəli, keçən il Tünzalə xanımla səhnədə duetimiz oldu. Bu il hələ ki, duet barədə düşünməmişik. Səhnədə rəqslər olacaq. Vəssalam. Amma ola bilər ki, səhnədə ekspront duet olsun.
- Onda sənət dostlarınız da konsertə dəvət olunacaq?
- Ötən il də bəzi sənət dostlarım konsertdə iştirak etdilər. Ola bilər ki, səhnəyə çıxıb mənimlə bir yerdə ekspront ifa etmək istəyən olsa, məmnuniyyətlə ifa edə bilərik.
- Eyyub müəllim, bir müddət bəstəkar Elçin İmanovla işbirliyiniz oldu. Bəstəkarın silsilə mahnılarını ifa edirdiz.
- Elçinlə biz həyatda da dostuq. İşbirliyimiz də davam edir. Yeni mahnılar var ki, onlar üzərində çalışırıq. Konsertə çatdıra bilməsək də, konsertdən sonra İmanovun yeni bir mahnısını lentə almağı nəzərdə tutmuşuq. Yəni mən hər zaman sənətimlə məşğul olmuşam. Bu günə qədər də qalmaqaldan, söz-söhbətdən uzaq qalmışam. Çünki xarakterim buna imkan verməz. Bütün sənət dostlarıma da yaradıcılıq uğurları arzu edirəm.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol