"Mənim dediklərim səhv anlaşıldı"




"Əli müəllimin fikirlərimə belə reaksiya verəcəyini gözləmirdim". 

Sherg.az-ın məlumatına görə bunu millət vəkili Çingiz Qənizadə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Kömitəsinin sədri Əli Həsənovun Milli Məclisdə onun dediklərinə sərt reaksiya verməsinə münasibət bildirərkən deyib.

Deputat hesab edir ki, baş nazirin müavini də müavinətlərin mərkəzləşmiş qaydada xidmət təşkilatlarına ödənilməsindən kənarlaşmasında və yükün bir qismindən azad olunmasında özü maraqlı olacaq: "Amma hər şey əksinə baş verdi. Çox təəssüf ki, mənim fikirlərim başqa cür yozuldu və ayrı münasibət bildirildi”.

Anar