Mənzil bazarında vəziyyət necədir? - AÇIQLAMA







"Hazırda mənzil bazarında sabitlik hökm sürür”

Bu sözləri "Sherg.az”a mənzil bazarındakı qiymətlərlə bağlı  danışarkən daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı söyləyib.

Onun qənaətincə, mənzil bazarında hələlik elə bir əhəmiyyətli dərəcədə qiymət dəyişimi müşahidə olunmur:

"Düzdü maliyyə bazarında baş verən proseslər, ölkənin makroiqtisadi vəziyyətinin müsbətə doğru dəyişməsi hələ ki bu sahəyə təsir göstərməyib. Bu nisbi qiymət artımlarına gətirib çıxarsa da, uzun müddətli, möhkəmləşən qiymət dəyişməsi olmayıb. 

Mənzil bazarı daha çox mövsümlə bağlı olan bir amildir. Adətən, Azərbaycanda mənzil bazarında qiymət artımları o zaman baş verir ki, iri massivdə şəhərsalma ilə bağlı böyük miqyasda söküntü işləri həyata keçirilir. Həmin söküntü işlərinində nəticəsində vatandaşlara ödənilən kompensasiyanın böyük əksəriyyəti daşınmaz əmlak bazarına qayıdır. Bu kəskin qiymət artımına gətirib çıxarır. 

Amma Nazirlər kabinerinin tikinti şirkətlərinə eyni zamanda ayrı-ayrı qurumlara ünvanladığı məktubla artıq vətandaşlara nəğd şəkildə kompensasiya ödənişləri, demək olar ki, minumuma endirilib. Əksər hallarda daha çox mənzillər əvəzləşdirmə ilə sökülür. Yəni bir vətandaşın mənzilini sökərkən onun əvəzinə başqa mənzil verirlər. Ona görə də, bazara kəskin pul axınları baş vermir. 

Ola bilər ki, qarşıda böyük layihələr həyata keçrilsin. Həmin layihələr nəticəsində müəyyən ərazilərdə ayrı-ayrı kommersiya obyektlərinin qeyri-yaşayış sahələrinin söküntüsü baş tutsun. Bu daşınmaz əmlak bazarında ciddi, əhəmiyyətli qiymət dəyişikliyinə gətirib çıxara bilər. Amma nə qədər ki, bu proses indiki tempdə davam edir, bu daşınmaz əmlak bazarında kəskin, iki rəqəmli qiymət artımına gətirib çıxarmayacaq. Ay ərzində iki-üç faiz dəyişir ki, bu da mənzil bazarında o qədər də nəzərəçarpacaq qiymət dəyişməsi deyil”.

Kənan Eynuroğlu