Merkelə arxa sırada oturma cəzası verildi -Fotolar

Alman Federal Məclisində dünən maraqlı bir hadisə yaşanıb. Məclis başçısı Norbert Lammert yüksək səslə söhbət edən Baş nazir Merkeli cəzalandıraraq arxa sıraya göndərib.
Federal Məclisdə büdcə müzakirələri zamanı danışan Almaniya Baş naziri Angela Merkel nitqindən sonra öz partiyadaşlarının oldugu sıraya gedib və onlarla söhbətə başlayıb.
NTV-in xəbərinə görə, Baş nazir Merkelin söhbəti bir anda elə qızışır ki, danışıqlar yüksək səslə eşidilir.
Vəziyyətə müdaxilə edən Federal Məclis sədri Norbert Lammert, Baş nazir Angela Merkelə xəbərdar edir və kürsüdə danışan bir başqa üzvə hörmətsizlik etdiyini söyləyir.
Federal Məclis başçısı Lammert, Baş nazir Merkeli cəzalandıraraq parlamentin arxa sıralarına göndərir.
Baş nazir Merkel amiranə tərzdə gülümsəyərək arxa sıralara doğru alqışların dəstəyi ilə irəliləyir.