“Məscidlərdə kitabxanaların olması yaxşı haldır”
21:15 02.02.2016
Arxiv
888
Qan Turalı: “Orada klassik əsərlərə də, bədii ədəbiyyata, müasir ədəbi nümunələrə də, elmi əsərlərə də, hətta ateist məzmunlu kitablara da yer verilməlidir”
Bakıdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər gedir. Bu barədə AzərTac-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov məlumat verib.
Sədr müavini bildirib ki, bu layihə təkcə Bakıda deyil, ölkənin bütün məscidlərində həyata keçirilir. Ən yaxşı kitabxananın İsmayıllı şəhər Cümə məscidində yaradıldığını vurğulayan G.İsmayılov qeyd edib ki, bu işlər mütəmadi həyata keçirilir: "Əslində bu, Prezident yanında Bilik Fondunun layihəsidir. Hazırda bir neçə bölgədəki məscidlərdə bu cür layihələr mövcuddur. Belə kitabxanalar artıq Bakıdakı məscidlərdə də yaradılır. Məsələn, Əjdərbəy məscidində, İçərişəhər "Cümə məscidi”ndə və Qaradağ rayonundakı "Müşfiq” məscidində yeni kitabxanalar qurulur”.
Sədr müavini layihənin məqsədini də açıqlayıb: "Məscidlərdə kitablar həmişə olub. Amma yeni yaradılan kitabxanalar vasitəsilə biz məscidlərə gələn insanların dini kitablarla yanaşı, həm də dünyəvi ədəbiyyatları əldə edərək oxumasına çalışırıq. Bununla da insanların öz savadlarını, biliklərini daha da təkmilləşdirəcəklərini düşünürük”.
Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov da məscidlərdə kitabxanalar yaradılacağını bildirmişdi. İcraçı direktor qeyd etmişdi ki, məscidlərə tək ibadət yeri kimi yanaşmaq düzgün deyil: "Bu gün məscid təkcə
ibadət yeri deyil, həm də əhalinin, dindarların tarixi kitablarla yaxından tanış ola biləcəyi yerdir. Biz məscidlərdə kitabxana yaratmaq istəyirik. Xristian ölkələrində bu praktika mövcuddur”.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Kulis.az” saytının baş redaktoru, yazıçı Qan Turalı məscidlərdə kitabxanaların olmasını müsbət hal kimi dəyərləndirdi:
- Sovet dövründə belə bir tendensiya hakim idi ki, dindarlara ayrı bir sinif, ayrı bir təbəqə kimi yanaşırdılar. Belə yanaşma tərzi tamamilə yanlışdır. Dindar da ölkənin digər vətəndaşları kimi hər cür konstitusion hüquqa malikdir. Məgər dindar bədii ədəbiyyat, yaxud elmi əsər oxuya bilməz, ya oxumamalıdır?! Belə yanaşma qətiyyən düzgün deyil. Mən bir sənədli film izləmişəm. Orada bir alim - ateist kilsənin kitabxanasına gəlir və orada ateizmə aid kitablar olduğunu görür. Təəccüb edir ki, kilsədə belə məzmunlu kitablar var. Amma hər bir kitab oxumaq və nəticə çıxarmaq üçündür. Gərək bizdə də belə olsun. Niyə də məscidlərdə kitabxanalar yaradılmasın və ora ən müxtəlif məzmunlu kitablar təqdim edilməsin? Bu, çox yaxşı haldır ki, məscidlərdə kitabxanalar yaradılır. Orada klassik əsərlərə də, bədii ədəbiyyata, müasir ədəbi nümunələrə də, elmi əsərlərə də, hətta ateist məzmunlu kitablara da yer verilməlidir. Mən bu qənaətdəyəm ki, əslində ateistlərlə dindarların müzakirə mövzusu eynidir - hər iki tərəf Allahdan danışır. Amma fərqli.
Qan Turalı məscidlərdə zəngin kitabxanaların yaradılmasının islamın düzgün təbliğində böyük əhəmiyyət daşıyacağını da vurğuladı:
- Məscidlərdə kitabxanaların olması son illər insanlarla kitablar arasında yaranmış uzun məsafəni xeyli qısalda bilər. Həm də niyə də hər zaman Yaxın Şərqdə, müsəlman aləmində münaqişələr silahla həll edilməlidir. Qoy münaqişələr mədəniyyətlə, elmlə, biliklə həllini tapsın. Kitab da ən böyük mədəniyyət nümunəsidir.
Q.Turalının fikrincə, məscid kitabxanalarının kitabla təmin edilməsi işi mütəxəssislərə tapşırılmalıdır:
- Məncə, bu işlə Azərbaycan Yazıçılar Birliyi deyil, Azərbaycan Yaradıcılıq Fondu və "Bilik” Fondu məşğul olmalıdır. Çünki Yazıçılar Birliyi kitab çap etmir. Amma "Bilik” Fondu mətbəələrlə birgə işləyir və onların belə təcrübəsi artıq var. "Bilik” Fondu məktəbli kitabxanası layihəsi həyata keçirib. Bölgələrə, kəndlərə Azərbaycan yazıçılarının əsərlərini göndərirdilər. Məscidləri də təmin edə bilərlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat