Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
12:11 03.07.2018
Arxiv
389
Bu gün Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan "Report"a verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Müzakirə edilən ilk məsələ "AS Nəqliyyat” MMC-nin direktoru Şuozer Oktayın "Media İnform”un xüsusi müxbiri Xəyyam Qurbanlıya qarşı müraciəti olub. Müzakirələr zamanı bəlli olub ki, portalın əməkdaşı X.Qurbanlı informasiya əldə etmək istəyərkən qanun pozuntularına yol verib. Komissiya üzvləri tövsiyə ediblər ki, portal əməkdaşları informasiya əldə etmək barədə prinsiplərə hörmətlə yanaşsınlar.
İclasda ƏSMM yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti Şirvan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi Abbasova Könül Şahmalı qızının "dogruxeber.az” və bır sıra digər internet saytlarına qarşı şikayəti araşdırılıb. Mərkəz barədə informasiya hazırlayan xəbər portalları materiallarının maddi sübutlara əsaslandığını bildiriblər. Komissiya üzvləri tərəflərin iddialarında media fəaliyyətindən kənar amillərin üzə çıxdığını müəyyən etdikləri üçün şikayətçiyə tövsiyə ediblər ki, problemin həlli üçün məhkəmə orqanlarına müraciət ünvanlasın.
Müzakirə edilən növbəti məsələ Bakı şəhər sakini Məmmədzadə Elçinin "Minval.az” saytına qarşı şikayəti olub. Şikayətçi bildirib ki, xəbər portalları "Bakıda ərəb turistlərin yaratdıqları problemlər barədə yazılar hazırlayarkən fərqinə varmadan əlavə problemlərə yol açıblar. Xüsusi olaraq, bu cür yazılarda fahişəliyin təbliğinə yönəlmiş elementlər ortaya çıxır. Hansı ki, portal materialı məhz bu problemin həllinə yardım olmaq üçün hazırlayıb”. Komissiya üzvləri məsələnin müzakirəsi zamanı bənzər halların mövcudluğunu aşkarlayıblar. KİV qurumlarına tövsiyə edlib ki, bu cür hallarda həssas davranış lazım olduğunu nəzərə alsınlar.
Şamaxı Dövlət Regional Kollecinin pedaqoji kollektivinin "Rubrika.az” saytına qarşı şikayəti araşdırılarkən vurğulanıb ki, cavabdeh KİV sözügedən kollec barədəki yazısında balans prinsipinə həssas yanaşmalıydı. Ümumən tənqidi materiallar hazırlayarkən AJPDQ-nın bu tələbinə uyğun davranılmasının zəruriliyi önə çəkilib. Eyni zamanda narazılıq doğuran materialın KİV-dən çıxarıldığı əsas götürülüb və məsələ bitmiş hesab edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə