Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
15:25 05.02.2019
Arxiv
650
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
Şuradan "Sherg.az"averilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının KİV və İctimaiyyətlə əlaqələr bölməsinin müdiri İlahə İsmayılovanın "istixeber.info” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, şikayətçidə narazılıq doğuran material hazırlanarkən, balans prinsipi pozulub, obyektivlik gözlənilməyib.
Sayt əməkdaşlarına müraciət edilməsinə və araşdırma üçün şərait yaradılmasına baxmayaraq, tənqid ruhlu material birtərəfli hazırlanıb, qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış məqamlar qabardılıb. MŞ adından "istixeber.info” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.
Bakı şəhər sakini, idmançı Fəridə Əzizovanın "Open.az” saytına qarşı şikayətin araşdıran Komissiya üzvləri bildiriblər ki, sözügedən şikayət təkrarən müzakirəyə çıxarılır. Belə ki, Komissiyanın 15 yanvar 2019-cu il tarixli iclasında məsələ şikayətçilər Fəridə Əzizova, onun qohumu Aysel İsgəndərova və "Open.az” saytının redaktorunun iştirakı ilə müzakirə edilib, xəbərdə ciddi xətalara yol verildiyi, informasiyanın qondarma məsələlər üzərində qurulduğu, dəqiqləşdirilmə üçün heç bir cəhd göstərilmədiyi sayt təmsilçisi tərəfindən etiraf edilib.
Sayt redaktoru təkzib verməyə, həmçinin, qarşı tərəfin mövqeyini işıqlandırmağa razı olub. Lakin, sonradan bu vədin yerinə yetirilməməsi, təkzib verilməməsi "Open.az” saytının qeyd olunan mövzu üzrə fərqli maraqlarının olduğunu təsdiqləyir. Komissiya üzvləri geniş kontekstdə araşdırma aparılması üçün məsələnin "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilməsinə dair rəy veriblər.
İclasda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "müxalifet.az” saytına qarşı şikayəti də araşdırılıb. Sayt təmsilçisi materialların birtərəfli, əsaslandırılmamış hazırlandığını etiraf edib, onların saytdan götürüldüyünü bildirib. Amma qarşı tərəf bununla yanaşı, təkzib verilməsini istəyib. Komissiya üzvləri sayta təkzib verilməsini tövsiyyə ediblər.
"Bakı Metropoliteni” QSC-nin "pressinfo.az” saytına qarşı şikayətini araşdıran komissiya üzvləri rəy veriblər ki, saytın hazırladığı materialda balans prinsipi pozulub. Qarşı tərəfin mövqeyinə yer verilməyib, bu baxımdan əsaslandırılmamış fikirlər yer alıb. MŞ adından "pressinfo.az” saytına xəbərdarlıq edilib, qısa müddətdə qarşı tərəfin rəyini dərc etmək tövsiyyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol