Metro istifadəçilərinə bəd xəbər

"Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu bağlanacaq



Dekabrın 7-dən etibarən "Cəfər Cabbarlı" stansiyasının 1-ci yolu bağlanacaq.
Bunu AzNews.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, sözügedən stansiyada təmir-bərpa işlərinin aparılması planlaşdırılıb: "Təmir işləri 2 həftəyədək davam edəcək. "Xətai" stansiyasına gedəcək sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının ikinci yolundan istifadə edə bilərlər. 2-ci yol "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına keçərkən soldakı yoldur. Həmçinin, "Cəfər Cabbarlı" stansiyasının eskalatorundan endikdən sonrakı sol istiqamət də, 2-ci yola aparır”.