Metro stansiyalarının çıxışlarında dollar satılır. Belə şey olar?

Yevda Abramov dolların "qara bazar"ından şikayətləndi



Deputat Yevda Abramov parlamentdə keçirilən büdcə müzakirələri zamanı bildirib ki, dünyada baş verən proseslər Azərbaycanın büdcəsinin formalaşmasına öz təsirini göstərib.

 Sherg.az bildirir ki, millət vəkili müzakirə zamanı deyib ki, "qara bazar”dakı dollar satılmasına nəzarət olunmur: 

"Metro stansiyalarının çıxışlarında dollar satılır. Belə şey olar? Təsəvvür edin ki, bir gündə dollar 4-5 manat fərqlə satılır. Harandadır bu adamların maşınlarında bu qədər dollar? Mən danışıram, bəziləri incik düşür. Korrupsiya ilə mübarizə aparmaq lazımdır. Məmurların bahalı villaları haradandır? Dağda, bağda hər yerdə villaları var. 2017-ci il çətin olacaq. Məmurlar xalqa yaxın olmalıdırlar”.

Anar