Lakin israrlarımızın nəticəsi olaraq həmkarımız "Sherg.az"a 4-5 cümləlik fikir bəyan etmək məcburiyyətində qaldı:
Metrostansiyasının çıxışında insanlara su paylayan jurnalist: "Adamlar bir damcı suya həsrət qalmışdılar"
10:42 04.07.2018
Arxiv
1088
Ötən gün ölkənin elektrik enerjisi sistemində yenidən baş vermiş qəza nəticəsində Bakı Metropoliteninin fəaliyyəti tamamilə dayanıb və tunellərdə dözülməz sıxlıq yaranıb. Metrostansiyanın çıxışına gələn 3-4 təcili yardım maşınlarının tibb briqadası tuneldə qalan, huşunu itirən insanlara ilkin yardım göstərməyə çalışıblar. Ərazidə xeyli sayda tibb işçisi, polis və yüzlərlə insan cəmləşib. Onların içərisində bir nəfər vətəndaş öz hesabına bir neçə bağlama su alaraq, təmənnasız ehtiyacı olan insanlara paylayıb. Sonradan məlum olub ki, humanistliyi ilə seçilən həmin şəxs tanınmış jurnalist, "atvxeber.az” saytının redaktoru Əziz Əlibəyli olub.
Yaxşılıq və vicdan bilməyən bəzi adamlar üçün jurnalistin addımı o qədər də əhəmiyyətli görünməyə bilər. Əslində isə, dəyərli həmkarımızın gördüyü iş olduqca təqdirəlayiqdir. İlk növbədə əksəriyyətin özünü itirdiyi fövqəladə anlarda panikaya düşmədən öz imkanları daxilində insanlara yardım əli uzatmağın özü böyük qəhrəmanlıqdır.
İkincisi, jurnalistin davranışı digər şəxslərə örnək olmaqla yanaşı, həm də bu cür olaylarda sui-istifadə hallarına yol verənlərə, oğurluq, quldurluq və soyğunçuluq edənlərə verilə biləcək ən yaxşı dərs, nümunəvi addımdır. Həmkarımızın örnək davranışını işıqlandırmaq üçün ona müraciət etdikdə bunun sadəcə insanlıq vəzifəsi olduğunu, böyüdüləcək bir şey olmadığını söyləyərək danışmaq istəmədiyini bildirdi.
Lakin israrlarımızın nəticəsi olaraq həmkarımız "Sherg.az"a 4-5 cümləlik fikir bəyan etmək məcburiyyətində qaldı:"Millət bir-birinə qarışmışdı. Adamlar bir damcı suya həsrət qalmışdılar. Belə məqamlarda köşklərdə suyun qiymətini də qaldırırlar. Metroda cibindəki qəpiyin harda olmasını xatırlaya bilməyən adamları soyurdular. İki nəfər yaşlı qadın ölümcül vəziyyətdə metrodan çıxdı. Gördüm, suya ehtiyacları var, lakin onlara su verən yox idi. Tez yüyürüb 4 setka su alıb metrodan çıxan camaata paylamağa başladım”.
Həmkarımız bildirib ki, həmin ərazidə ondan savayı su paylayan olmayıb: "Əvvəlcə suyu tək paylayırdım. Sonra dostum - Şahin Sərdarlı da mənə qoşuldu və birlikdə paylamağa başladıq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat