Millət vəkili – “Bazarlar od tutub “yanır”





Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki hesabatı barədə hesabatını dinlənilib. 

Sherg.az-ın xəbərinə görə, hesabatı Baş nazir Artur Rasizadə təqdim edib.
Bundan sonra millət vəkilləri hesabatla bağlı fikirlərini səsləndiriblər.

Deputat Fəzail Ağamalı bahaçılıqdan şikayətlənib. Millət vəkili qeyd edib ki, bayramqabağı bazarlar od tutub "yanır”:

 "Ətin, tərəvəz məhsullarının, digər ərzaq mallarının qiyməti durmadan qalxır. Qiymət artımının qarşısının alınması üçün təcili tədbirlər görülməlidir. Unutmayaq ki, sahibkarlıq "qızıl təbəqə” adlandırılır. Bəzi möhtəkirlər vəziyyətdən sui-istifadə edirlər. Bunlar barədə sərt tədbirlər görülməlidir. Ölkədə maliyyə çətinlikləri var. İnsanlar bayram bazarlığı etməkdə çətinlik çəkirlər. İşbazlar da bir tərəfdən qiyməti qaldırır”.