Millət vəkili özəlləşdirmə istəyir: “Bu qurumları dövlət niyə saxlamalıdır?!”

Bu gün parlamentin yaz sessiyasının sonuncu iclasında 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirə edilib.

Sherg.az xəbər verir ki, müzakirə zamanı deputat Qüdrət Həsənquliyev ÜDM-in azalmasından narazılıq edib. O bildirib ki, hər il borc və faizlərin büdcədən ödənilməsi narahatlıq yaradır:

"Məsələn AZAL-a görə 624 milyon manat ödənilib. Bu nəyə lazımdır. Hesab edirəm ki, AZAL və digər bu kimi strukturlar özəlləşdirilməlidir.

Məsələn götürək Şahdağ Turizm Kompleksini. Niyə dövlət bunu saxlamalıdır? Həmçinin səhmdar cəmiyyətlər var ki, onları özəlləşdirmək lazımdır. 

Dövlət xəstəxanalarının saxlanılmasına 100 milyonlarla maliyyə xərclənir. Buna nə ehtiyac var? Düşünürəm ki bunların hamısının özəlləşdirilməsi zamanı çatıb”.