Millət vəkilindən təklif: "Dinimiz də buna müsbət yanaşır"
16:58 05.06.2018
Arxiv
439
Milllət vəkili Qənirə Paşayeva "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” qanuna dəyişikliklərin müzakirəsində çıxış edərək bir sıra vacib təkliflərlə çıxış edib.
"Sherg.az"ın məlumatına görə, bu sənədin qısa zamanda icrasının vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva yüzlərlə orqan köçürülməsinə ehtiyacı olan insanların üzləşdiyi ciddi problemlərə toxunub və bu problemlərin həlli bu sənədin qısa zamanda qəbul edilib icra edilməsindən keçir deyib.
O, mətbuat və media qurumlarının da bu məsələdə üzərinə düşəcək öhdəliklərin yazılmasının vacibliyini xüsusi vurğulayıb: "Biz təbliğatı güclü şəkildə aparmalıyıq ki, insanlar hələ sağlığında beyin ölümü keçirəcəkləri təqdirdə onların orqan və toxumalarının başqalarını yaşatmasına razılıq verən qərarı qəbul etsinlər və bunu müvafiq qurumlara bildirsinlər. Eyni zamanda beyin ölümü keçirmiş xəstələrin ailə üzvlərinin də buna razılıq verməsi üçün təbliğat-maarifləndirmə işi geniş olmalıdır, bu sənəddə də bununla bağlı məsələlər öz əksini tapmalıdır, çünki dinimiz də bu məsələlərə müsbət yanaşır."
Qənirə Paşayeva "Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı dinləmələrdə də çıxış edərək bir sıra mühüm təkliflər irəli sürüb. O bildirib ki, ölkəmizə gətirilən optik və gün eynəklərinin şüşələrinin, linzaların keyfiyyəti ilə bağlı məsələyə xüsusi diqqət yetirilməlidir:
"Keyfiyyətsiz optik və gün eynəkləri, linzalar insanların gözlərində, görmə sistemində daha böyük problemlər yaradır, bunun qarşısını almaq üçüm ölkəmizə keyfiyyətsiz optik və gün eynəklərinin, linzalarının gətirilməsinin qarşısını almaq lazımdır." Keyfiyyətsiz eynəklərin, linzaların insanın görmə sisteminə vurduğu böyük zərərlərdən danışan millət vəkili Qənirə Paşayeva uşaqlara, özəlliklə gənclərə təyin olunan optik eynəklərin, linzaların və gün eynəklərinin keyfiyyətli olmasının vacibliyini xüsusi vurğulayıb və qanunun bir sıra müddəaları ilə bağlı təkliflərlə çıxış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm