Milli Məclisdə çağırış: “Sosial şəbəkələrdə mənəviyyat terrorçuları meydan sulayırlar”





"Azərbaycanda sosial şəbəkə ilə bağlı qanun hazırlanmalıdır. Hesab edirəm ki, "Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna da yenidən baxılmalıdır”.

Sherg.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkili Sahib Alıyev deyib.

Deputat deyib ki, bu gün sosial şəbəkələrdə mənəviyyat terrorçuları meydan sulayırlar:

"Orduxanlar, Vidadi İsgəndərlilər və s. Mənəviyyat terroru ilə məşğuldurlar. Bunların fiziki terror törədənlərdən fərqi yoxdur. Onlar cəmiyyət üçün qorxulu və təhlükəlidirlər. Bu cür terrorçuların qarşısı qanunvericilik yolu ilə alınmalıdır. Bu, son dərəcə əhəmiyyətli məsələdir. Hesab edirəm ki, tezliklə qanun qəbul edilməlidir”.

Anar