Milli Məclisin iki komitəsinə sədr müavinləri seçildi




Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk iclasında iki komitəyə yeni sədr müavinləri seçilib.

Sherg.az-ın xəbərinə görə, məsələ iclasda müzakirəyə çıxarılıb.

Deputat Məlahət İbrahimqızı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə, Şahin İşmayılov isə Gənclər və idman komitəsinə sədr müavini kimi namizədliyi irəli sürülüb.

Təkliflər səsə qoyularaq qəbul edilib.

Anar