"Milyardlarla vəsait xərclənsə də rayonlar inkişaf edə bilmədi"




"Azərbaycanda regionların sosial-iqtisadi inkişafına nail olmaq üçün dövlət proqramları çərçivəsində milyardlarla vəsait xərclənsə də, bu sahədə ciddi uğurlar əldə edilməyib". 

Sherg.az-ın məlumatına görə bu sözləri parlamentdəki büdcə müzakirələri zamanı deputat Rəfael Cəbrayılov deyib. 

Millət vəkili vurğulayıb ki, rayonlarda kifayət qədər problemlər qalmaqdadır: 

"Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının yeganə optimal yolu regionların sosial-iqtisadi inkişafı prosesini sürətləndirilməsi və bu sahədə ciddi uğurların əldə olunmasına nail olunmasıdır. Düzdür regionların sosial-iqtisadi inkişafına nail olmaq üşün bir sıra dövlət proqramları həyata keçirilib və bu proqram çərçivəsində çox böyük işlər görülüb, milyardlarla vəsait xərclənib. Amma etiraf etməliyik ki, bu qədər vəsait xərclənsə də, kifayət qədər uğurlar əldə edə bilməmişik. Hesab edirəm ki, regionların inkişafına nail olmaq üçün hökumət özəl sektoru bu prosesə ciddi surətdə cəlb etməli və normal münasibətlərə nail olmalıdır. Bunun üçün özəl sektora lazımi şərait yaradılmalı və lazım gələrsə, onlara güzəştli kreditlər verilməlidir”.

Anar