Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB





Fövqəladə Hallar Nazirliyi Mingəçevir İES-də baş verən növbəti yanğınla bağlı məlumat yayıb.
"Sherg.az"nazirliyin saytına istinadən bildirir ki, bu gün saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində "Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb.
Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub.
Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

12:34


Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.

Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.