Mingəçevir İES-də baş vermiş lokal yanğının qarşısı alınıb




Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib.

"Sherg.az"ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.

Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.