Səlahiyyətli şəxslər məsuliyyətdən yayınmaq üçün Mingəçevir İES-də baş verən qəzanı kənar faktorlarla əlaqələndirməyə çalışırdılar. Bu laqeydliyə irad bildirən ölkə başçısı faktları ortaya qoymaqla, sistemdə mövcud olan boşluqların aradan qaldırılması, təqsirkarların cəzalandırılması barədə tapşırıq verdi. Dünənki müşavirədə o da məlum oldu ki, rəhbər şəxslər rəhbərlik etdikləri sektorun əhəmiyyətini ciddi dərəcədə başa düşmürlər. Görünür, bu sahələrdə aparılan siyasətin yenilənməsinə ehtiyac var.
"Mingəçevir İES-dəki qəzaya görə, məsul şəxslər cəzalandırılmalıdır"
14:03 05.07.2018
Arxiv
713
"Prezident İlham Əliyev müşavirədə problemləri açıq şəkildə diqqətə çatdırdı və səlahiyyətli şəxslərdən məsuliyyət tələb etdi”.
Bunu "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.
O vurğuylayıb ki, müşavirədə çıxış edən məmurlar məlumatları heç də dolğun çatdırmadılar:
"Ölkə başçısının çıxışından da məlum oldu ki, müşavirə iştirakçılarının bəziləri rəhbərlik etdikləri qurumdan ümumiyyətlə xəbərdar deyillər və məlumat verə bilmirlər. Prezident məmurların bu addımına kəskin reaksiya göstərdi.
Səlahiyyətli şəxslər məsuliyyətdən yayınmaq üçün Mingəçevir İES-də baş verən qəzanı kənar faktorlarla əlaqələndirməyə çalışırdılar. Bu laqeydliyə irad bildirən ölkə başçısı faktları ortaya qoymaqla, sistemdə mövcud olan boşluqların aradan qaldırılması, təqsirkarların cəzalandırılması barədə tapşırıq verdi. Dünənki müşavirədə o da məlum oldu ki, rəhbər şəxslər rəhbərlik etdikləri sektorun əhəmiyyətini ciddi dərəcədə başa düşmürlər. Görünür, bu sahələrdə aparılan siyasətin yenilənməsinə ehtiyac var.Enerji təchizatının təmin olunmasında istifadə olunan avadanlıqların yenilənməsinə ehtiyac var. Yeni texnologiyaların gətirilməsində əhəmiyyətli işlərin görülməsinə ehtiyac duyulur. AMEA-nın Fizika institutunun direktoru Nazim Məmmədov müşavirədə çıxış etmək istəmədi. Bu da onu göstərir ki, vəziyyət həqiqətən ciddidir. Görünür, Mingəçevir İES-də baş verən qəzanın digər səbəbləri də var”.
Fövqəladə Dövlət Komissiyasının və Baş Prokurorluq tərəfindən yaradılan istintaq qrupunun məsələni ciddi araşdıracağını iddia edən Ə.Nuriyev vurğulayıb ki, hər iki təsisatın fəaliyyətinə peşəkar mütəxəssislər cəlb olunub:
"Yaranmış vəziyyət bu sahəyə nəzarət edən şəxslərin məsuliyyət məsələsini ortaya qoydu. Hesab edirəm ki, araşdırmaların nəticəsi olaraq, ayrı-ayrı şəxslərin vəzifəsindən azad olunması, hətta bəzilərinin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunacaq. Məntiqlə düşündükdə, yaranmış vəziyyətə görə, məsuliyyət yüksəkdir. Ona görə, bütövlükdə bu sektordakı məsul şəxslər cəzalandırılmalıdır".
Qeyd edək ki, ötən gün keçirilmiş müşavirədə çıxış edən prezident İlham Əliyev ciddi araşdırmalar aparılacağını və yaranmış vəziyyətlə bağlı günahkarların məsuliyyətə cəlb ediləcəyini söyləyib. Prezident vurğulayıb ki, dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır:
"Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat