Minlərlə alıcı və satıcı var
07:57 02.08.2018
Arxiv
796
Daşınmaz əmlak bazarında qiymətlərin dəyişkən olması təbiidir
Ötən ayla müqayisədə Bakının daşınmaz əmlak bazarında qiymətlərdə müəyyən qədər azalma müşahidə olunub.
Ekspertlər isə qiymətlərin azalmasını bazar üçün adi hal hesab edir və bunu yay mövsümü ilə əlaqələndirirlər. Bu zaman fəallıq əhəmiyyətli dərəcədə azalır ki, bu da qiymətlərin bir qədər düşməsinə səbəb olur. Mövsüm amili həmçinin fərdi və bağ evləri bazarında qiymət artımını şərtləndirir.
İqtisadçı-ekspert Rəşad Əliyev mənzil bazarının rəqabətli bazar olduğunu deyib. Burada minlərlə alıcı və satıcı var. Ona görə də bu sektorda qiymət tənzimlənməsindən söz gedə bilməz”.
Ekspertin fikrincə, hazırda bazarda ciddi dəyişiklik müşahidə olunmur, qiymətlər demək olar ki, eyni səviyyədə qalıb:
"Bəzən olur ki, hər hansı müsbət və ya neqativ təsirlərin, amillərin nəticəsində qiymətlər hər hansı istiqamətdə dəyişə bilir. Hazırda stabillik olsa da, bu o demək deyil ki, bazarda ümumiyyətlə dəyişiklik yoxdur. Elə ərazilər var ki, orada qiymət artımı və ya azalması müşahidə olunur. Məsələn, ötən il bir sıra ərazilərdə 6 ay ərzində 15 faiz artım baş verdi, daha sonra yenidən 15 faiz azalma müşahidə olundu. Daşınmaz əmlakın belə bir xüsusiyyəti var ki, bazarda lokal yerləşmələr üzrə qiymət dəyişimi baş verir. Nümunə olaraq, Yasamalın öz alıcı kütləsi, Əhmədlinin öz alıcı kütləsi var. Müəyyən ərazilərdə birdən-birə tələbat artır və bu da müvəqqəti qiymət artımına səbəb olur. Bir müddət sonra yenidən qiymətlər azalaraq əvvəlki vəziyyətə düşür”.
Rəşad Əliyevin sözlərinə görə, payız mövsümündə mənzil bazarında qiymətlərdə dəyişiklik gözləniləndir: "Daşınmaz əmlak bazarında bəzi seqmentlər üzrə mövsümi xarakterli dəyişikliklər baş verir, yəni, adətən, mənzil bazarında yay aylarında qiymətlər enməyə başlayır və payız qabağı müəyyən qədər aktivləşmə baş verərək qiymətlər eyni səviyyəyə qayıdır. Əslində ümumi bazarda dəyişiklik müşahidə etmirik, sadəcə, qiymətlər korreksiyaya uğrayaraq əvvəlki vəziyyətinə qayıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya