Minsk-2019-un gündəliyi: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə qoşulacaq
05:41 21.06.2019
Arxiv
625
Bu gün Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına start veriləcək.
APA -nın Minskə ezam olunan əməkdaşının məlumatına görə, qitəmiqyaslı multiidman yarışının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da olsa da, bunadək bəzi idman qurğularında Oyunlara start veriləcək.
Yarışın ilk günündə üç idman növü üzrə mübarizə başlayacaq. Bunlardan biri komanda, ikisi fərdi növdür. Açılış günündə heç bir medal sahibini tapmasa da, bir sıra atletlər üçün vətənə yollanmaqla kifayətlənə bilər.
Bakı vaxtı ilə saat 10:00-da basketbolun 3x3 növü üzrə mübarizə start götürəcək. Azərbaycan yığmasının təmsil olunmadığı yarışın ilk günündə 8 qarşılaşma baş tutacaq.
Eyni vaxtda kamandan oxatma üzrə mübarizə başlayacaq. 7 müxtəlif növ üzrə təsnifat mərhələləri keçiriləcək. Azərbaycanın yeganə oxatanı hədəf önünə keçəcək.
Ozay Qasımova qadınların klassik kamandan oxatma yarışında 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında mübarizə aparacaq.
Bakı vaxtı ilə saat 15:00-da diqqətlər rinqə yönələcək. 5 çəki dərəcəsində dəri əlcək ustaları ilk döyüşlərini keçirəcək. Kişi boksçular 56 kq, 69 kq, 75 kq, 91 kq və +91 kq çəki dərəcələrində ilk mərhələ döyüşlərinə çıxacaqlar.
Kişilərin bütün çəki dərəcələrində təmsil olunan Azərbaycanın üç boksçusu ilk gündə rinqə çıxacaq. Təmsilçilərimizin üçü də bolqarıstanlı rəqiblərini sınağa çəkəcək. 1/16 final döyüşlərində Tayfur Əliyev (56 kq) Boyan Asenovu, Rahil Məmmədli (91 kq) Radoslav Panteleyevi, Məhəmməd Abdullayev (+91 kq) Petar Belberovu sınağa çəkəcək.
İlkin mərhələdən azad olan Lorenzo Sotomayor (69 kq) potensial rəqiblərini izləməklə kifayətlənəcəksə, Kamran Şahsuvarlı (75 kq) 1/16 finaldakı rəqibinin müəyyənləşəcəyi Giorgi Harabadze (Gürcüstan) - Miroslav Saviç (Serbiya) duelini gözləyəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol