Minskdə Azərbaycanla bağlı nəşrlərin təqdimatı olub -Foto
11:03 05.09.2019
Arxiv
715
Belarusun paytaxtı Minskdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı keçirilib. Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində keçirilən təqdimatda Azərbaycan diasporunun üzvləri, tələbələr, Belarus ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyev açaraq kitabda haqqında yazılan insanların Azərbaycanın təbliği ilə bağlı gördükləri işlər barədə məlumat verib.
Müəllif Fuad Hüseynzadə çıxış edərək başda Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov olmaqla kitabın təqdimatına dəstək göstərənlərə öz minnətdarlığını bildirib. O qeyd edib ki, bu kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə hazırlanıb: “Əsas hədəfim xaricdəki soydaşlarımzın əlaqələrinin yaranması, həmrəyliyinin güclənməsidir”. Bildirib ki, kitabda 10 ildən artıqdır ki, diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: “Ümumi olaraq burada 173 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan və həmvətənlərimizdən alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Kitabda Belarusda yaşayan 3 soydaşımızın da müsahibəsi yer alıb”.
Azərbaycanın Belarusdakı səfirinin birinci katibi Cavid İbayev çıxış edərək Azərbaycan diasporunun fəaliyyətinin təbliğində belə kitabların çapının əhəmiyyətli olduğunu deyib. Digərləri də çıxış edərək kitabın çapını dünya azərbaycanlılarının həmrəyliyinin daha da gücləndirilməsi yolunda atılan müsbət addım kimi qiymətləndiriblər. Qeyd edilib ki, belə kitabların ingilis və rus dillərində də çap olunması önəmlidir. Xatırladaq ki, bundan öncə kitabın Rusiya (Moskva, Krasnoyarsk və Samara şəhərlərində) İsveç, ABŞ, Yaponiya, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Hollandiya, Litva və Ukraynada da təqdimatı keçirilib.
Qeyd edək ki, tədbir çərçivəsində “Turizmin internetdə təbliği yolları” adlı kitabçanın da təqdimatı olub. Kitabça Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək" layihəsi çərçivəsində çap edilib.
Tədbirdə iştirak edən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin sədri İlkin Ağayev deyib ki, məqsədləri Azərbaycan turizminin onlayn müstəvidə təbliğini gücləndirməkdir. "Aristokrat" turizm şirkətinin Belarus nümayəndəliyinin rəhbəri Qəzənfər Məmmədov isə bildirib ki, Azərbaycana turist axınını artırmaq üçün dövlət tərəfindən turizmin təbliğinə yardım edilməlidir.
Təqdimatda Belarusun "Kali-Laska" turizim şirkətinin baş direktoru Nataliya Milevskaya, "Deyli Turs" şirkətinin baş direktoru Yekaterina Kondratyuk və "Tvoy Sled" turizm agentliyinin baş direktoru Yekaterina Konovalenko da iştirak ediblər. Onlar öz çıxışlarında Azərbaycanın turizm potensialının Belarusda təbliği üçün əməkdaşlığa və birgə layihələrin keçirilməsinə hər zaman hazır olduqlarını qeyd ediblər. Tədbirin sonunda hər iki kitabın müəllifləri Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Şəfiqə Məmmədovaya tədbirin keçirilməsi üçün şərait yaratdığına görə təşəkkür ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat