"Miqrantlar Azərbaycanı bufer ölkə kimi seçir"- İQTİSADÇI




Qaçqın statusu üçün müraciət edən şəxslər daha çox üçüncü ölkəyə keçmək məqsədilə bufer ölkə kimi Azərbaycanı seçir şəxslər daha çox üçüncü ölkəyə keçmək məqsədilə bufer ölkə kimi Azərbaycanı seçir.

Bunu Sherg.az-a Dövlət Miqrasiya Xidməti (DMX) rəisinin müavini Pərviz Musayevin "Qaçqın statusu almaq üçün Azərbaycana müraciət edənlərin sayı artıb" açıqlamasını dəyərləndirərkən iqtisadçı-ekspert Nazim Bəydəmirli deyib. 

O bildirib ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının və qoşulduğu beynəlxalq konvensiyaların uyğun öhdəliklərinə əməl etməlidir. Burada qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlı da müddəalar da öz əksini tapıb: 

"Müraciət edən qaçqın və məcburi köçkünlər mütləq araşdırılır, onların necə yerləşdirilməsi və ya üçüncü dövlətə göndərilməsi haqqında qərar qəbul edilir. İran, Suriya, Əfqanıstan kimi ölkələrin vətəndaşları müxtəlif səbəblərdən qaçqın statusu almaq üçün müraciət edirlər. Sığınacaq axtaran vətəndaşlar daha çox qeyri-sabitlik hökm sürən ölkələrdə olsa da, nisbətən stabil ola İran, Hindistan, Çin kimi ölkələrdən belə müraciət edənlər çox olur”.

Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti (DMX) rəisinin müavini Pərviz Musayev qaçqın statusu almaq üçün Azərbaycana müraciət edənlərin sayının artması barədə məlumat verib.

Aysel Aslan