Möcüzə körpə burunsuz doğuldu

Onun indi Facebookda 20 mindən çox təqibçisi var
Amerikanın Alabama ştatında mart ayında dünyaya gələn Timoti Eli Tompson üzündəki anomalya səbəbi ilə həyata burunsuz doğuldu. 197 milyon insanda bir görünən simptomla doğulan Elinin burnu yoxdur. 4 martda doğulan Elinin vəziyyətinin yaxşı olduğu ifadə edilir.
Anası, 23 yaşlı Brendi MakQleterinin frkincə, oğlunun burnunun yoxluğu onun normal yaşamına mane ola bilməz.
Körpənin nəfəs almasına kömək olmaq məqsədiylə traxeoktomiya əməliyyatı edilərək nəfəs borusu açıldı. Facebookda 20 mindən çox təqibçisi olan kiçik Eli, bir ictimai media fenomeninə çevrildi. Elinin anası körpəsini cəmiyyətdən uzaqda saxlamayacağını söylədi. Körpə Eli inkişafını tamamladıqdan sonra estetik əməliyyatla burnuna qovuşacaq. ABŞ-dakı məlumatlara görə 1931-ci ildən bu yana ölkədə 28 burunsuz doğuş qeyd edildi. 2013-ci ildə də bənzər bir hadisə Iğdırda yaşanmışdı, körpə burnu olmasına baxmayaraq burun dəlikləri olmadan doğulmuşdu. Həkimlərin səyi nəticəsində 5 gün içində əməliyyatla açılan burun dəliyindən nəfəs almağa başlamışdı.